"Azərbaycanla sərhədlərin açılmasında maraqlıyıq" - Paşinyan
“Rəsmi Yerevan Türkiyə ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır”.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forumunda çıxış edərkən bildirib.
“Ermənistan Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlərin normallaşdırılmasına ümid edir”, - hökumət başçısı vurğulayıb.\
“Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır. Bu prosesin Rusiyanın dəstəyi ilə başa çatdırılmasını gözləyirik”.
Eyni zamanda hökumət başçısı Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə komissiyanın işindəki irəliləyişdən də bəhs edib: “Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə üçtərəfli komissiyanın fəaliyyətində irəliləyiş var, lakin hələ ki bütün məsələlər həllini tapmayıb”.