Bakı 15˚C Sunny

Ermənistan Türkiyə ilə yüksək səviyyəli danışıqlara hazırdır

Siyasət 16:10 20 sen, 2021

Ermənistanın Baş nazirinin mətbuat katibi Türkiyə ilə dialoqdan danışdı

Ermənistan Türkiyə ilə yüksək səviyyəli danışıqlara hazırdır

Ermənistan və Türkiyə rəsmiləri arasında effektiv təmaslar olsa, İrəvan Ankara ilə ən yüksək səviyyədə dialoqa başlamağa hazırdır. 

Bu barədə TASS agentliyinə Ermənistanın Baş nazirinin mətbuat katibi Mane Gevorkyan deyib.

"Baş nazir parlamentin son iclasında deyib ki, Türkiyə ilə yüksək səviyyəli təmaslardan qabaq işçi müzakirələr aparılmalıdır. Ermənistan Nazirlər Kabineti bu cür danışıqlara hazırdır, lakin hələki Ermənistan və Türkiyə rəsmilərinin arasında bu cür görüşlər keçirilməyib. Belə səmərəli iş aparılsa Ermənistan yüksək və ən yüksək səviyyədə görüşlərə də hazır olacaq", Gevorkyan deyib.