Bakı 3˚C Showers

"Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru irəliləyir" - Hakobyan

Gündəm 04:36 11 yan, 2023
"Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru irəliləyir" - Hakobyan

“44 günlük müharibədən iki il sonra, Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru irəliləyir”.

Qazet.az xəbər verir ki, bu fikri erməni hərbi ekspert Mher Hakobyan bildirib.

O, qeyd edib ki, müharibənin bitdiyini düşünən insanlar çox sadəlövhdür.

“Təəssüf ki, mən müharibə ehtimalının kifayət qədər yüksək olduğuna inanıram. Ümid edək ki, hansısa beynəlxalq zəmanətlər bu ehtimalı azaldacaq. “Artsax”ı təslim etməklə “problemlərdən qurtulacağımıza” inananlar cinayətkar olmasa da, sadəlövhdür. Yəni insan öz övladından əl çəkib, özünün xilas olduğunu düşünürsə, bu, yaxşı insan deyil” – deyə Mher Hakobyan bildirib.

Erməni ekspertin fikrincə, yaxın həftələrdə böyük ehtimalla müharibə olmayacaq. Qarşıdurma ehtimalını tam olaraq nə artırır sualına Mher Akopyan belə cavab verib:

“Bizim zəifliyimiz. Biz özümüzü qorumaq üçün heç bir real addım atmırıq. Biz beynəlxalq qurumlara böyük ümid bəsləyirik, ordu və dövlət quruculuğu istiqamətində real işlər görmürük. Təssüflər olsun ki, biz daha da zəifləmişik, ordumuzun son itkiləri tam ödənilməyib” – deyə Mher Hakobyan əlavə edib.