Ermənistan XİN rəhbəri 3 günlük Fransaya gedəcək
Siyasət
18:54 09 noy, 2021
Bu barədə məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 10-12-də Fransada səfərdə olacaq.
Qazet.az xəbər verir ki, məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.
Onun UNESCO-nun Baş konfransının Parisdə keçiriləcək 41-ci sessiyasında iştirak edəcəyi bildirilib.
A.Mirozyan səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.
Məlumata görə, Ermənistan XİN-in başçısı 4-cü Paris Sülh konfransının açılış mərasimində də iştirak edəcək.