Bakı 0˚C Dreary

Ermənistan Xüsusi İstintaq Xidmətinin rəis müavini vəzifəsindən azad edilib

Gündəm 20:05 30 sen, 2021

Ovanes Yenokyan vəzifəsindən azad edilib

Ermənistan Xüsusi İstintaq Xidmətinin rəis müavini vəzifəsindən azad edilib

Ermənistan Xüsusi İstintaq Xidməti rəisinin müavini Ovanes Yenokyan vəzifəsindən azad edilib.

Qazet.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan uyğun qərar qəbul edib.

Bildirilib ki, Ermənistanın “Xüsusi İstintaq Xidməti haqqında qanun”un uyğun maddəsinə əsasən, Ovanes Yenokyan vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ermənistan Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryan Antikorrupsiya Komitəsinin sədri təyin edilib.