Bakı 4˚C Windy

“Ermənistan yenidən 90-cı illərə qayıdır“ - Ermənistan qəzeti

Siyasət 13:39 26 okt, 2021

Ermənistanın Hraparak nəşri dövlətin düşdüyü ağır sosial vəziyyətdən yazıb

“Ermənistan yenidən 90-cı illərə qayıdır“ - <span style="color:red">Ermənistan qəzeti</span>

“Ölkənin normal həyatı bir sıra sistemlərin normal işləməsi ilə özünü göstərir. Elektrik və su təchizatı, nəqliyyat və ərzaq əlaqələrinin fasiləsiz işləməsi, səhiyyə müəssisələrinin normal həyatı və s. Bu halqalardan hər hansı birinin qırılması ölkənin və xalqın həyatını iflic vəziyyətə sala, xaos yarada, ölkəni silkələyə bilər".

Qazet.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşr daha sonra mövzunu belə davam etdirib:

“30 ildir ki, belə mərhələlərimiz olub. 90-cı illərdə kartla çörək alırdıq, bir saatlıq işıq verirdilər, müntəzəm olaraq su almırdıq, istilik yox idi, qışda donmamaq üçün İrəvanın yuxarı mərtəbələrinə soba qoyduq. Nəqliyyat yox idi və insanlar işə çatmaq üçün kilometrlərlə piyada gedirdilər. Amma müharibə başa çatdıqdan sonra bir neçə il ərzində bütün bu problemlər həll olundu, elektrik enerjisinin verilməsi bərpa olundu, bir çox yerlərdə 24 saat su təchizatımız yarandı".

Müəllifin sözlərinə görə, indi isə Ermənistanda əks prosesin şahidi oluruq:

“Elektrik enerjisinin kəsilməsi yavaş-yavaş qayıdır, nəqliyyat hər gün pisləşir, xüsusən də şəhərətrafı qəsəbələrdə yaşayanlar şəhər nəqliyyatının gecikməsindən və dolu olmasından şikayətlənirlər. Taksi sistemi sıradan çıxmağa başlayıb, maşınlardan sayğaclar yoxa çıxıb, taksi sürücüləri özbaşına qiymətlər deyir, nəzarət yoxdur. Təkcə ərzaq təminatı sahəsində hələlik heç bir fasilə yoxdur, amma burada da qiymətlər dəhşətli dərəcədə qalxıb və orta gəlirli adamın bütün maaşı ərzağa xərclənir. Dövlət adlı qurum artıq rəvan işləmir və yaxud da belə bir qurum artıq yoxdur".

Mənbə