Bakı 6˚C Dreary

Ermənistanda 80 uşaq xəstəxanaya yerləşdirildi: Çarpayı çatmır

Gündəm 13:55 07 noy, 2021

Ötən həftə 70 uşaq idi, indi 80-dir və getdikcə də artır

Ermənistanda 80 uşaq xəstəxanaya yerləşdirildi: <span style="color:red">Çarpayı çatmır</span>

Ermənistanda xəstəxanaya yerləşdirilən uşaqların sayı 80-ə çatıb.

Qazet.az xəbər verir ki, bunu Ermənistan səhiyyə nazirinin pediatriya məsələləri üzrə müşaviri Sergey Sərkisyan deyib.

“Ötən həftə 70 uşaq idi, indi 80-dir və getdikcə də artır. Hazırda reanimasiya şöbələrində ağır vəziyyətdə olan 2-3 uşaq var”, - Sərkisyan bildirib.

Onun sözlərinə görə, hazırda xəstəxanalarda uşaq çarpayıları çatışmır, çünki hər gün daha çox yoluxma halları olur və buna görə də çətinliklər yaranır:

“İndi koronavirusun yeni ştammlarının uşaqlara təsirini öyrənirik. Hər halda, bir şey aydındır: yeni ştammın sirkulyasiyası şəraitində uşaqlar daha çox xəstələnirlər. Müsbət diaqnozların faizi artıb”.