Bakı 17˚C Mostly cloudy

Ermənistanda ağır yol qəzasında altı nəfər yanaraq ölüb

Xəbərlər 22:34 07 yan, 2023
Ermənistanda ağır yol qəzasında altı nəfər yanaraq ölüb

Ermənistanın Gegarkunik vilayətində baş verən ağır yol qəzasında altı nəfər yanaraq ölüb.

Qazet.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə Getaşen-Xocavənd yolunda baş verib.

Belə ki, “Opel” markalı avtomobili “VAZ 21072” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə hər iki avtomobil yanıb. Qeyd olunub ki, yanğında altı nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.