Ermənistanda Baş qərargah rəisinin müavini vəzifəsindən azad edildi
Gündəm
19:00 16 dek, 2021
Bu barədə Ermənistan prezidenti Armen Sarkisyan fərman imzalayıb

Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini Stepan Qalstyan vəzifəsindən azad edilib.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan fərman imzalayıb.
Stepan Qalstyan vəzifəsindən azad edilməsi baş nazir Nikol Paşinyanın təklifi əsasında həyata keçirilib.