Bakı -9˚C Dreary

Ermənistanda daha 11 nəfər koronavirusdan öldü

Gündəm 14:25 15 dek, 2021

Ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 7 856-ya yüksəlib

Ermənistanda daha 11 nəfər koronavirusdan öldü

Ermənistanda son sutkada daha 161 nəfərdə COVID-19 aşkarlanıb.

Qazet.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 342 977-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 7 856-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 486 nəfərdir. İndiyədək 326 559 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 076 aktiv koronavirus xəstəsi var.