Ermənistanda daha 51 nəfər koronavirusdan ölüb
Gündəm
14:24 01 noy, 2021
Ermənistanda koronavirusla bağlı vəziyyət gərginləşir

Ermənistanda daha 2071 nəfərdə koronavirus aşkarlanıb.
Qazet.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 51 nəfər ölüb və bununla da ölənlərin sayı 6379-a çatıb.