Bakı 1˚C Cloudy

Ermənistanda deputat həbs edilib

Gündəm 20:01 15 noy, 2021

Bunu fraksiyanın üzvü Aram Vardevanyan feysbuk səhifəsində yazıb

Ermənistanda deputat həbs edilib

Ermənistan parlamentindəki müxalif “Hayastan” fraksiyasının üzvü, deputat Artur Sarkisyan həbs edilib.

Qazet.az “news.am”a istinadən xəbər verir ki, bunu fraksiyanın üzvü Aram Vardevanyan feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, A.Sarkisyan 2016-cə ildə Zəngəzur vilayətinin Sisian rayonunun başçısı işləyib. O, bu il iyulun 17-də Cinayət Məcəlləsinin vəzifədən sui-istifadə və səlahiyyət həddini aşmaq maddələri ilə ittiham olunaraq həbs edilmişdi. A.Sarkisyan oktyabrın ortalarında 20 milyon dram (45 min dollar) girov qarşılığında zaminə buraxılmışdı və deputat kimi fəaliyyətini davam etdiriridi.

Xatırladaq ki, "Hayastan" ("Ermənistan") fraksiyasının rəhbəri keçmiş Prezident Robert Koçaryandır.

Mənbə