Bakı 5˚C Mostly cloudy

Ermənistanda donuz qripi yayılır

Gündəm 14:42 04 yan, 2023
Ermənistanda donuz qripi yayılır

Ermənistanda 2 nəfər donuz qripindən ölüb.

Qazet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, pnevmaniya diaqnozu ilə 209 nəfər xəstəxanaya yerləşdirilib: “Onların 127-si, yəni 60 faizi uşaqdır. 55 nəfər reanimasiyadadır. Reanimasiyada olanların isə 47-si uşaqdır”.

Məlumata görə, həmçinin respirator virusa yoluxmuş 584 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.