Bakı 23˚C Sunny

"Ermənistanda dövlətçilik itiriləcək" - Erməni politoloq

Gündəm 10:46 01 avq, 2022

Bu barədə Ara Poğosyan bildirib

"Ermənistanda dövlətçilik itiriləcək" - Erməni politoloq

“Tehran görüşü regional siyasətdə də ciddi dəyişikliklərə səbəb olacaq”.
 

Qazet.az xəbər verir ki, bunu erməni politoloq Ara Poğosyan deyib.

Onun sözlərinə görə, Türkiyə ən azı son 30 ildə gücünün zirvəsinə çatıb və təkcə regional güc deyil, həm də dünya dövləti statusuna iddialıdır.

“Eyni zamanda İran da regional güc statusuna iddialıdır, bu səbəbdən həmin ölkənin yüksək rütbəli rəsmilərinin bəyanatları səsləndirilib və bu bəyanatlarda İranın Türkiyənin regionumuzdakı hegemon mövqeyini açıq şəkildə bəyənmədiyi vurğulanıb”, - deyə Poğosyan qeyd edib.

Erməni politoloq bildirib ki, Ermənistan sadəcə təsir dairələrinə bölünəcək və bu yol istər-istəməz dövlətçiliyin itirilməsinə gətirib çıxaracaq.



qaynaq