Bakı 19˚C Mostly sunny

Ermənistanda əhalinin təxminən yarısı yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayır

Cəmiyyət 11:20 19 noy, 2022
Ermənistanda əhalinin təxminən yarısı yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayır

Ermənistanda əhalinin təxminən yarısı, yaxud 47,6 faizi yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayır.

Qazet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Narek Mkrtçyan bildirib.

Onun sözlərinə görə, ölkə üzrə yoxsulların sayının artacağı istisna edilmir.

Nazir qeyd edib ki, bu göstərici 2020-ci ilə aiddir. 2021-ci ilin hesabatı bu ilin sonunda hazır olacaq.

O vurğulayıb ki, Ermənistan əhalisinin 21 min nəfəri (0,7 faizi) aclıq həddində yaşayır.

Qeyd edək ki, Ermənistanın əhalisinin sayı 2 milyon 981 min nəfərdir.