Ermənistanda ermənilərin büstləri təhqir edildi - FOTOLAR
Ermənistanın Cermuk şəhərində istirahət parkındakı ermənilərin tanınmış şəxslərinin büstləri təhqir edilib.
Qazet.az xəbər verir ki, bu barədə biologiya elmləri doktoru, professor Samvel Pipoyan feysbuk səhifəsində bildirib.
O qeyd edib ki, Komitasın, Sevakın, Tumanyanın, Aram Xaçatryanı, Martiros Saryanın və onlarla tanınmış erməninin parkda büstü qoyulub.
Həmin büstlər naməlum şəxslər tərəfindən təhqir olunublar.
S.Pipoyan bildirib ki, büstlərin üzü yazılıb, dağıdılıb.
Cermukdakı bu hadisə Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarındakı törətdiyi vəhşilikləri, vandalizmi yada salır. Ermənilər Qarabağ və ətraf rayonlarda Azərbaycana aid tarixi, dini, mədəni abidələri, məscidləri kilsələri dağıdıblar. Bu mədəniyyətin, tərbiyənin yiyəsi olan ermənilər, Ermənistan və havadarları Azərbaycandan ermənilərin dağıtdıqları abidələri qorumağa tələb etmək kimi yersiz iddialar irəli sürürlər. Cermukda özlərinə aid büstlərə zərər vuran bu etnosun təmsilçilərinin 30 ildə Azərbaycan torpaqlarında törətdikləri vəhşiklərin miqyası daha böyükdür. Azərbaycan qarşısında böyük tələblər qoyub, iddalar irəli sürənlər dağıdılan bu abidələrə diqqətlə baxması daha məsləhətlidir.