Bakı 18˚C Mostly sunny

“Ermənistanda gündəmi diktə edən İlham Əliyevdir” - Ohanyan

Gündəm 15:12 06 okt, 2021

“Azərbaycan və Türkiyənin ritorikası yalnız Ermənistan hakimiyyətinə təzyiq göstərməyə yönəlib”

“Ermənistanda gündəmi diktə edən İlham Əliyevdir” - <span style="color:red">Ohanyan</span>

“Paşinyanın hansı gündəmi həyata keçirdiyini başa düşmək lazımdır, çünki Azərbaycan sülh dövrü haqqında tezisi sülh möcüzəsinə çevirə bilər”.

Qazet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin ritorikası yalnız Ermənistan hakimiyyətinə təzyiq göstərməyə yönəlib.

Ohanyan bildirib ki, son Qarabağ müharibəsindən sonra İlham Əliyev daha əlverişli vəziyyətdədir, gündəmi diktə edən odur.

“Minalanmış ərazilərin xəritələri ilə bağlı Paşinyana sual vermək lazımdır ki, İlham Əliyevlə nə razılaşdırılıb?”, - deyə Ermənistanın sabiq Müdafiə naziri qeyd edib.

Seyran Ohanyan vurğulayıb ki, Zəngəzurda hərbi əməliyyatların başlamaması üçün hər şey etmək lazımdır: “Zəngəzurda iqtisadi baxımdan bizimlə İranın münasibətlərini inkişaf etdirmək lazımdır və Zəngəzurda hərbi əməliyyatların başlamaması üçün hər şey etmək lazımdır”.

Onun sözlərinə görə, son illərin təcrübəsi göstərib ki, danışqlar prosesinin uğursuz olması ilə erməni tərəfi müharibənin pəncələrinə düşüb.

“Şərəfim var” fraksiyasının rəhbəri deyib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Azərbaycanın ərazi bütövlüyünü tanımaq deməkdir.

Ohanyan qeyd edib ki, Ermənistana danışıq apara bilən və diktə altında olmayan insanlar lazımdır.

Seyran Ohanyan Davit Tonoyanın həbs edilməsinə toxunaraq əlavə edib: “Ermənistanın keçmiş Müdafiə naziri Davit Tonoyanın həbs edilməsi şou təşkil etmək cəhdidir”.