Bakı 3˚C Windy

Ermənistanda hərbçi xəyanətə görə HƏBS EDİLDİ - VİDEO

Gündəm 13:18 28 iyn, 2022

Dövlətə xəyanətdə ittiham olunan Ermənistan vətəndaşını saxlanılıb

Ermənistanda hərbçi xəyanətə görə HƏBS EDİLDİ - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində dövlətə xəyanətdə ittiham olunan Ermənistan vətəndaşını saxlayıb.

Qazet.az xəbər verir ki, adı  açıqlanmayan şəxs hərbi hissənin komanda heyətinə, silah-sursata, hərbi texnikaya, hərbi qulluqçuların sayına, habelə Ermənistan Müdafiə Nazirliyinin bəzi bölmələrinin yerləşdiyi yerlərə malik olan Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusu xarici xüsusi xidmət orqanlarının nümayəndəsinə məxfi məlumatların ödənilməsi qarşılığında 2 milyon dram toplayıb.

Dövlətə xəyanət faktı ilə bağlı ER MTN-nin İstintaq İdarəsində başlanmış cinayət işi çərçivəsində ER vətəndaşı tutularaq ifadəsi alınıb, daha sonra o, cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib və həbs edilib.