Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb
Gündəm
13:11 16 dek, 2021
Nəticədə bir hərbçi ölüb

Ermənistan Müdafiə nazirliyinə məxsus “Ural” markalı yük avtomobili qəzaya uğrayıb.
Qazet.az erməni KİV-ə istinadən xəbər verir ki, hadisə İrəvan-Mehri yolunda baş verib. Nəticədə bir hərbçi ölüb. Hazırda onun kimliyi dəqiqləşdirilir.
Ermənistanın Hərbi polisi faktla bağlı araşdırma aparır.