Bakı 32˚C Sunny

Ermənistanda hərbi qulluqçu özünü güllələyib

Gündəm 02:06 21 noy, 2021

O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin hərbçinin həyatını xilas edə bilməyiblər

Ermənistanda hərbi qulluqçu özünü güllələyib

Ermənistanda 29 yaşlı müqaviləli hərbi qulluqçu özünü güllələyib.

Qazet.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Qeqarkunik rayonundakı hərbi hissədə qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Qevork Avetyan odlu silahla ehtiyatsız davranma zamanı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin hərbçinin həyatını xilas edə bilməyiblər.