Bakı 13˚C Mostly cloudy

Ermənistanda HƏYƏCANLI ANLAR: nazirliyin bütün qüvvələri səfərbər oldu

Gündəm 23:59 18 dek, 2021

Bu barədə ölkənin FHN-nin mətbuat xidməti məlumat yayıb

Ermənistanda HƏYƏCANLI ANLAR: nazirliyin bütün qüvvələri səfərbər oldu

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvandakı Zvartnots hava limanında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

Qazet.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin FHN-nin mətbuat xidməti məlumat yayıb.

"Partlayıcı qurğu ilə bağlı məlumat Zvartnots hava limanının rəhbərliyindən alınıb. Hadisə yerinə yanğınsöndürənlər, kinoloqlar, istehkamçılar, psixoloqlar və xüsusi xilasetmə dəstələri gedib", - məlumatda deyilir.

Cihazın axtarışı davam edir. Nazirlik vəziyyətin inkişafı barədə əlavə məlumat verəcəyini vəd edir.