Bakı 11˚C Mostly sunny

Ermənistanda koronavirusdan ölənlərin sayı 5 319-a yüksəlib

Gündəm 13:55 30 sen, 2021

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 5 319-a yüksəlib

Ermənistanda son sutkada daha 1 022 nəfər COVID-19-a yoluxub.

Qazet.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 261 697-yə çatıb. Son sutkada koronavirusdan 20 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 319-a yüksəlib.

Koronavirusa yoluxan 241 841 nəfər sağalıb. Hazırda 13 328 pasiyent müalicə olunur.