Ermənistanda koronavirusdan ölənlərin sayı açıqlanıb
Gündəm
14:34 19 noy, 2021
Son sutkada ölkədə koronavirusdan 29 nəfər ölüb

Ermənistanda daha 799 nəfərdə koronavirus aşkarlanıb.
Qazet.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 332 713 nəfərə yüksəlib.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 29 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 212-yə çatıb.