Bakı 10˚C Intermittent clouds

Ermənistanda partlayış: 1 ölü, 6 yaralı - Video

Gündəm 16:53 06 iyl, 2022

Faktla bağlı cinayət işi başlanılıb

Ermənistanda partlayış: 1 ölü, 6 yaralı - Video

Bu gün səhər saatlarında Ermənistanın Araqatsotn rayonunda yerləşən banklardan birində partlayış baş verib.

Qazet.az xəbər verir ki, partlayışın ardınca yanğın başlayıb.

Ermənistan FHN-nin ilkin məlumatına görə, bir nəfər ölüb, 5 yaralı var.

Yanğın saat 10 radələrində söndürülüb.

Hadisənin başvermə səbəbi açıqlanmayıb.

***

Partlayışın səbəbi məlum olub.

“Sputnik Ermənistan”ın yazdığına görə, hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.

Vurğulanıb ki, partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.