Bakı 33˚C Sunny

Ermənistanda partlayış: hərbçilər yaralandı

Gündəm 02:14 05 noy, 2021

İctimaiyyətə məlumat verilməsə də, faktla bağlı araşdırma aparılır.

 

Ermənistanda partlayış: hərbçilər yaralandı

Ermənistan ordusunun hərbi hissələrindən birində baş verən hadisə nəticəsində bir neçə hərbi qulluqçu yüngül xəsarət alıb, bir nəfər isə ağır yaralanıb.

Qazet.az xəbər verir ki, Armavir poliqonunda məşğələ zamanı Arek adlı erməni əsgərinin ehtiyatsızlığı səbəbindən partlayış baş verib. Yüngül xəsarət alanlara hərbi hissənin tibb məntəqəsində yardım edilib.

Ağır yaralanan əsgər isə Təcili tibbi yardım maşını ilə Armavir şəhər tibb mərkəzinə aparılıb. Burada həyata keçirilən əməliyyat nəticəsində 19 yaşlı Arek adlı əsgərin barmaqları amputasiya edilib.

İctimaiyyətə məlumat verilməsə də, faktla bağlı araşdırma aparılır.