Ermənistanda Paşinyanın şəklinə “təhqir” yazanların “ov”una başlanıldı
Gündəm
19:54 24 sen, 2021
Təhqir yazan şəxslər barəsində cinayət işi açılıb
Ermənistanda Nikol Paşinyana müxalif olan şəxslərin təqibi prosesində növbəti mərhələ başlayıb.
Qazet.az erməni mətbuatına istinadən xəbər verir ki, bu dəfə Paşinyan hökuməti “ov” kimi “Facebook” istifadəçilərini seçib.
Sosial şəbəkədə Paşinyanın “Facebook” hesabındakı fotonun şərh bölümündə “təhqir” hesab edilən ifadələri yazan şəxslər barəsində cinayət işi açılıb. Polis hazırda sözügedən şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlayıb.