Ermənistanda polislə etirazçılar arasında toqquşma olub
Gündəm
15:38 11 noy, 2021
Nümayişçilər hökumət binasına girməyə çalışıblar
Ermənistanda müxalif qüvvələr etiraz aksiyası keçirib.
Qazet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, nümayişçilər hökumət binasına girməyə çalışıblar. Polis əməkdaşları ilə etirazçılar arasında toqquşma olub.
Etirazçılar “Nikol satqındır!” şüarları ilə respublika meydanında nəqliyyatın hərəkətibni dayandırmağa cəhd göstəriblər.
Aksiyada “Hayastan” blokunun deputatları Qeqam Manukyan, Anna Qriqoryan və Tadevos Avetisyan iştirak ediblər.