Ermənistanda "qaçqınlar" Nazirlər Kabinetinin qarşısında aksiya keçirib - VİDEO
Gündəm
14:04 06 okt, 2021
Ermənistanda “qaçqınlar” etiraz aksiyası keçirib

Ermənistan Nazirlər Kabinetinin qarşısında aksiya keçirib.
Qazet.az xəbər verir ki, bu barədə erməni mediası məlumat paylaşıb.
Keçirilən aksiyanı qanunsuz olaraq Azərbaycanın Hadrut məntəqəsində yaşayan və 44 günlük müharibə nəticəsində İrəvana qaçan ermənilər keçirir.
Erməni “qaçqınlar” hökumətdən onların probleminə baxmağı, mənzillə təmin etməyi və ya geriya “qaytarılmaqlarını” tələb edirlər.
Qeyd edək ki, son 30 ildə Hadrut, Laçın və Kəlbəcərdə yaşayan ermənilər mütəmadi olaraq İrəvanda etiraz aksiyası keçirir, hökumət qarşısında tələblər irəli sürürlər.