Bakı -5˚C Cloudy

Ermənistanda qumbara partlayıb, 4 hərbçi yaralanıb

Gündəm 17:05 28 okt, 2021

Geqarkunik vilayətində qumbara partlayışı nəticəsində 4 hərbçi yaralanıb

Ermənistanda qumbara partlayıb, 4 hərbçi yaralanıb

Ermənistanın Geqarkunik vilayətində qumbara partlayıb, xəsarət alanlar var.

Qazet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə vilayətin sərhədyanı ərazisində qeydə alınıb.

Yüngül bədən xəsarətləri alan hərbçilər xəstəxanaya yerləşdiriliblər, həyatları üçün təhlükə yoxdur.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.

Mənbə