Ermənistanda Rusiya hərbi bazası qarşısında aksiya —100 nəfər saxlanıldı
Gündəm
02:00 09 yan, 2023
Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox adam saxlanılıb.
Bu barədə Qazet.az xarici mətbuata istinadən xəbər verir.
Etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlayıblar.
Aksiyaçılar bildiriblər ki, Rusiya hərbçilərini “işğalçı” elan edə bilərlər. “Biz dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edilib”, - Milli demokratik qütb” təşkilatının üzvü Vahe Qasparyan bildirib.