Bakı 12˚C Windy

Ermənistanda tanınmış aktyor özünü güllələdi

Hadisə 01:22 04 yan, 2023
Ermənistanda tanınmış aktyor özünü güllələdi

Ermənistanda çəkilən serialların məşhur aktyoru Arsen Levonyan özünü qaz tapançası ilə başından vurub.

Qazet.az xəbər verir ki, o, İrəvandakı xəstəxanaların birinə yerləşdirilib.

Məlumata görə, İrəvan Dövlət Tibb Universitetinin xəstəxanasından polisə 34 yaşlı A.LevonyanƏın özünü güllələməsi ilə bağlı siqnal daxil olub. Həkimlər onun həyatını xilas edə biliblər.

Məlumata görə, müstəntiqlər A.Levonyanın qohumlarından biri ilə danışıb və o, qaz tapançası ilə özünü başından vurduğunu deyib. Onun intihara cəhd, yoxsa ehtiyatsızlıqdanmı bunu etdiyi hələlik dəqiqləşdirilməyib.

A.Levonyanın qaldığı mənzildə polislər sözügedən tapançanı aşkar ediblər. Faktla bağlı cinayət işi başlanıb.

Məlumata görə, A. Levonyan Ermənistanda tanınmış sənətçidir, seriallarda çəkilir, həmçinin məşhur teleaparıcının qardaşıdır.