Bakı 10˚C Windy

Ermənistanda yanacaqdoldurma məntəqəsində güclü yanğın olub

Xəbərlər 23:14 03 sen, 2022
Ermənistanda yanacaqdoldurma məntəqəsində güclü yanğın olub

Ermənistanın İcevan şəhərində yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib.

Xilasedicilər gələnə qədər ağır yanıq xəsarəti alan üç nəfər əvvəl İcevan Tibb Mərkəzinə, daha sonra isə İrəvan Yanıq Mərkəzinə yerləşdirilib.

Xəsarət alanlardan hər üçünün vəziyyəti kritik olaraq qiymətləndirilib.

Hələlik yanğının təfərrüatları barədə məlumat verilməyib.

Mənbə: Sputnik Ermənistan