Bakı -9˚C Dreary

Ermənistanda yüksək rütbəli zabitlər həbs edildi

Gündəm 19:00 13 dek, 2021

Cinayəti törətməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb

Ermənistanda yüksək rütbəli zabitlər həbs edildi

Ermənistan Hərbi prokurorluğu dələduzluq və mənimsəmə faktı üzrə cinayət işi açılıb, dörd zabit saxlanılıb, onlardan ikisi həbs edilib.

Qazet.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq komitəsi məlumat yayıb.

İstintaq materiallarına görə, hərbi hissələrdən birinin komandirinin maddi-texniki təminat üzrə müavini olan polkovnik bu ilin iyul ayında həmin bölmənin geyim xidmətinin rəisi polkovnik-leytenantı ilə əlbir olaraq, altı ordu çadırını mənimsəyib və 44 günlük müharibə zamanı onların itirildiyini müvafiq sənədlərdə göstəriblər. Çadırların ümumi dəyəri təxminən 6,7 milyon dram (təxminən 13,5 min dollar) olub.

Cinayəti törətməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb, daha sonra polkovnik barəsində həbs qətimkan tədbiri seçilib, polkovnik-leytenant nəzarət altına alınıb.(axar.az)