Bakı 7˚C Dreary

“Ermənistandan təklif alsam da, Azərbaycanı üstün tutdum”

Gündəm 14:27 24 okt, 2022
“Ermənistandan təklif alsam da, Azərbaycanı üstün tutdum”

“Sabah”ın baş məşçisi Murad Musayev “sports.ru” saytına geniş müsahibə verib.

Qazet.az xəbər verir ki, Rusiyalı mütəxəssis “Sabah”a gəlməzdən əvvəl Avropanın bir neçə klubundan, hətta Ermənistandan da təkliflər aldığını gizlətməyib:

“Amma Azərbaycanı üstün tutdum, Avropadan gələn təkliflərdən imtina etdim. Məsələn, “Ferensvaroş”un prezidenti ilə görüşdüm. Sonra fərqli seçim etdilər, amma yenə də zəng edib bəzi futbolçularla bağlı mənimlə məsləhətləşdilər. Həmçinin Ermənistanın iki klubundan zəng etdilər, birbaşa təkliflər idi. Danışdıq, amma maraqlanmadım. Slovakiyada maraqlı variant var idi, o da alınmadı”.