Bakı 6˚C Intermittent clouds

Ermənistanın 44 gün boyunca dinc insanlara hücumuna dünya mediası susdu - Ərdoğan

Siyasət 14:21 22 okt, 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası İstanbulda keçirilən “Media Forumu”nda çıxış edib

Ermənistanın 44 gün boyunca dinc insanlara hücumuna dünya mediası susdu - <span style="color:red">Ərdoğan</span>

“Ötən il 44 gün boyunca Ermənistan ordusunun qadağan olunmuş silahlardan istifadə edərək dinc insanlara hücum etməsini dünya mediası dilinə gətirmədi”.

Qazet.az APA-ya isitnadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən “Media Forumu”nda çıxışı zamanı deyib.

Türkiyə Prezidenti dünyada söz azadlığından, obyektivlikdən bəhs edən beynəlxalq media təşkilatlarının İkinci Qarabağ müharibəsində Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandığı vurğulayıb və bunu tənqid edib.

“Qarabağ müharibəsi dövründə, eyni zamanda türk dünyasına qarşı göstərilən bu davranış nə ilk, nə də son nümunədir. Qondarma “soyqırımı” iddiaları başda olmaqla tariximizi, milli təhlükəsizliyimizi və millətimizin dəyərlərini hədəf seçən münasibətə şahid oluruq!”, - Ərdoğan vurğulayıb.

Türkiyə dövlət başçısı qeyd edib ki, Türk Şurasının “Media forumu”nda xüsusilə dezinformasiyaların təsirləri və onların qarşısının alınması məsələləri müzakirə olunacaq: “Necə ki, müdafiə sənayesində əcnəbi ölkələrə bel bağlamırıqsa, eləcə də media sahəsində də bizə vicdan dərsi keçmək istəyənlərə güvənməməliyik. Yaşadığımız acı təcrübələrdən hasil olan nəticə budur. Türk dünyası olaraq bu istiqamətdə də birlikdə addımlamalıyıq”.