Ermənistanın baş naziri: “Dəhliz” məntiqi ilə aparılan danışıqlar regionda gərginliyi artırır
Siyasət
11:30 28 okt, 2021
“Ermənistan bu ideyanı tam dəstəkləyir"
“Dəhliz ilə bağlı danışıqlar regionumuzda düşmənçilik və gərgin atmosferi daha da dərinləşdirir."
Qazet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət rəsmiləri ilə sual-cavab iclasında rabitə yollarının açılması haqqında danışarkən deyib.
Baş nazir xatırladıb ki, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanat kommunikasiyaların bloklanmasını tələb edir.
“Ermənistan bu ideyanı tam dəstəkləyir. Problemin həlli regionda sülhün və təhlükəsizliyin təmin olunmasına müəyyən təminatlar yaradacaq. Yerevan məsələyə məhz bu prizmadan yanaşır” - deyə Paşinyan vurğulayıb.