Bakı 0˚C Mostly cloudy w/ showers

Ermənistanın cinayətləri üzrə zəruri istintaq addımları davam etdirilir -AÇIQLAMA

Gündəm 10:45 14 sen, 2021

Ermənistanın cinayətlərilə bağlı istindaq işləri sürətlə davam etdirilir

Ermənistanın cinayətləri üzrə zəruri istintaq addımları davam etdirilir<span style="color:red"> -</span><span style="color:red">AÇIQLAMA</span>

"Vətən müharibəsində döyüş əməliyyatları gedişində Ermənistanın işğalçılıq cinayətləri ilə əlaqədar Hərbi Prokurorluq orqanlarında Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə və sair cinayətlərə görə məsuliyyət nəzərdə tutulan maddələri ilə cinayət işləri başlanılmaqla real müharibə, ağır döyüş əməliyyatları gedişində zəruri olan bütün mümkün istintaq hərəkətləri keyfiyyətlə icra olunub".

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib.

“Ermənistanın təcavüzkar cinayətləri istintaq sübutları ilə rəsmiləşdirilməklə zəruri addımların atılması hazırda da davam etdirilir”, - şöbə rəsi bildirib.