Bakı 6˚C Intermittent clouds

"Ermənistanın mina xəritələrini verməməsi bərpa işlərinə xüsusi əngəl törədir" - Ceyhun Bayramov

Siyasət 15:53 18 okt, 2021

Azərbaycan XİN başçısı Ermənistanın mina xəritələrini verməməsindən və bunun ziyanlarından danışıb

"Ermənistanın mina xəritələrini verməməsi bərpa işlərinə xüsusi əngəl törədir" - <span style="color:red">Ceyhun Bayramov</span>

Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməməsi işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusilə əngəl törədir.

Qazet.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan mina xəritələri ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirir:

“Ermənistan uzun müddət ərzində mina xəritələrini təqdim etmirdi. Bunun nəticəsində 167 nəfər Azərbaycan vətəndaşı həyatını itirib və ya yaralanıb. Yalnız 8 aydan sonra xəritələrin kiçik bir hissəsini təqdim etdilər və onların da keyifəyyiti çox aşağı səviyyədədir”.