Ermənistanın müdafiə büdcəsi 11% artırılır
Ermənistan hərbi xərcləri artırmağı planlaşdırır

2022-ci ildə Ermənistanın müdafiə büdcəsi 11% artacaq.
Qazet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə gələn ilin dövlət büdcəsi layihəsini təqdim edərkən bildirib.
Ümumiyyətlə, müdafiə üçün 345 milyard dram (təxminən 725 milyon dollar) ayrılacaq.
“2022-ci il üçün müdafiə büdcəsi 2021-ci illə müqayisədə 11% çoxdur və 345 milyard dramdan çox olacaq. Ermənistanda peşəkar bir ordu yaratmaq niyyətindəyik, amma bunu düşünülmüş addımlarla edəcəyik”, - deyə Paşinyan qeyd edib.
O əlavə edib ki, ölkə yeni silah növlərinin alınmasını davam etdirir, həmçinin Ermənistan sərhədlərinin mühafizəsini mərhələli şəkildə müqavilə əsasında həyata keçirir.
Paşinyan onu da qeyd edib ki, Ermənistanda sərhəd xidməti gücləndiriləcək və gələcəkdə ölkə sərhədlərində yalnız sərhəd qoşunları yerləşdiriləcək.