Bakı 5˚C Mostly cloudy

Ermənistanın müdafiə naziri: Hər zaman MÜHARİBƏ TƏHLÜKƏSİ var

Gündəm 23:35 01 dek, 2022
Ermənistanın müdafiə naziri: Hər zaman MÜHARİBƏ TƏHLÜKƏSİ var

Sentyabrın 12-13-dən sonra sərhəddə həmişə atışma olur.

Qazet.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan dekabrın 1-də parlamentdə jurnalistlərə müsahibəsində sərhəddəki vəziyyətlə bağlı sualları cavablandırarkən deyib.

“Hazırda başqa şərhim yoxdur. Müdafiə Nazirliyi hər gün rəsmi açıqlamalar verir”, – deyə Papikyan bildirib.

Müharibə təhlükəsinin olub-olmaması ilə bağlı suala isə Papikyan belə cavab verib: “Hər zaman müharibə təhlükəsi var”.

Hindistandan silah alınmasına gəlincə, Müdafiə Nazirliyinin rəhbəri məxfi məlumatlara münasibət bildirməyəcəyini bildirib.