Bakı 7˚C Cloudy

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın evində axtarışlar BAŞLANIB

Gündəm 19:14 29 sen, 2021

David Tonoyanın saxlanılaraq ittiham olunacağı gözlənilir

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın evində axtarışlar <span style="color:red">BAŞLANIB</span>

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın mənzilində axtarışlar aparılır. Erməni qəzeti "Hraparak" öz mənbələrinə istinadən yazır ki, Tonoyan çox güman ki, saxlanılaraq ittiham olunacaq.

Qəzetin yazdığına görə, eyni zamanda Milli Təhlükəsizlik Xidmətinə dəvət olunmuş ordunun aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan və Baş Qərargah rəisinin müavini Stepan Qalstyan evlərində də axtarışlar keçirilir.

Nəşrin mənbələri bildilir ki, bundan sonra Ermənistanın keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun və sabiq müdafiə naziri Seyran Ohanyanın evlərinə də "ziyarət" olunacaq. Ehtimal olunur ki, bu silah tədarükü ilə bağlı cinayət işi ilə əlaqədardır.