Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın əmlakına həbs qoyulub
Siyasət
15:42 08 dek, 2021
Ermənistanın keçmiş prezidentinə qarşı araşdırmalar başlanılıb və sabiq müdafiə nazirinin əmlakına həbs qoyulub

Ermənistan Baş Prokurorluğu “Hayastan” blokunun deputatı, sabiq müdafiə naziri Seyran Ohanyan və onun həyat yoldaşının əmlakına həbs qoyub.
Qazet.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat paylaşıb
Bununla yanaşı Sabiq prezident Serj Sarkisyanın mühafizə xidmətinin sabiq rəisi Vaçaqan Kazaryan və ailə üzvlərinin də əmlakına həbs qoyulub.
Prokurorluq S. Sarkisyanın qardaşı Levon Sarkisyan, onun oğlu və qızı, həmçinin, eks-spiker Qalust Saakyanın oğlu Arman Saakyan barədə də araşdırmaya başlayıb.