Ermənistanın sərhəddə törətdiyi təxribatlar sıravi ermənilərin narazılığına səbəb olub
Gündəm
17:12 13 yan, 2022
Aksiya iştirakçıları deyiblər ki, hökumət 18-20 yaşlı əsgərləri heç bir hazırlıq keçmədən sərhədə göndərir
Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanla dövlət sərhədində törətdiyi son təxribatlar ermənilərin ciddi narazılığına səbəb olub.
Qazet.az “News.am”a istinadən xəbər verir ki, yanvarın 13-də bir qrup sakin paytaxt İrəvanda hökumət binasının qarşısında etiraz aksiyası keçirib.
Onlar Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökuməti sərhəddə təhlükəsizliyi təmin edə bilməməkdə ittiham ediblər və son təxribatlara etirazlarını bildiriblər.
Aksiya iştirakçıları deyiblər ki, hökumət 18-20 yaşlı əsgərləri heç bir hazırlıq keçmədən sərhədə göndərir.