Bakı 19˚C Sunny

Ermənistanın xarici işlər naziri İsveçə gedib

Gündəm 12:57 01 dek, 2021

O, dekabrın 1-dən 2-nə kimi ATƏT xarici işlər nazirlərinin Stokholmda keçiriləcək iclasında iştirak edəcək

Ermənistanın xarici işlər naziri İsveçə gedib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İsveçə səfərə gedib.

Qazet.az “Sputnik Armenia”ya istinadən bildirir ki, bunu nazirliyin mətbuat katibi Vaan Unanyan deyib.

O, dekabrın 1-dən 2-nə kimi ATƏT xarici işlər nazirlərinin Stokholmda keçiriləcək iclasında iştirak edəcək.

A.Mirzoyanın ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.