Bakı 22˚C Intermittent clouds

Ermənistanın yeni ombudsmanı məlum olub

Gündəm 19:17 24 yan, 2022

Parlamentdə onun lehinə 68 deputat səs verib, əleyhinə çıxan olmayıb

Ermənistanın yeni ombudsmanı məlum olub

Kristine Qriqoryan Ermənistanın yeni ombudsmanı seçilib.

Qazet.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, parlamentdə onun lehinə 68 deputat səs verib, əleyhinə çıxan olmayıb.

Seçkilər rəqabətsiz keçib. Belə ki, K.Qriqoryan ombusdman vəzifəsinə hakim partiyanın təklif etdiyi yeganə namizəd olub.

O, fevralın 23-dən – Arman Tatoyanın səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Kristine Qriqoryan 1981-ci ildə Ermənistanın Sevan şəhərində anadan olub. İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 2019-cu ildə o, Ermənistan ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

İngilis, rus, fransız, alman və ərəb dillərini bilir. Bitərəfdir.