Bakı 6˚C Showers

Ermənistanla İran arasında dəmir yolu xəttinin işə salınması planlaşdırılır

Gündəm 14:51 25 noy, 2022
Ermənistanla İran arasında dəmir yolu xəttinin işə salınması planlaşdırılır

Ermənistan-İran Hökumətlərarası Komissiyasının 17-ci iclasının yekunlarına əsasən qəbul edilmiş tapşırıqların icrası üzrə qrupun iclası yaxın vaxtlarda Tehranda keçiriləcək.

Qazet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və İranın Ermənistandakı səfiri Abbas Zohuri arasında keçirilən görüşdə bildirilib.

Tərəflər həmçinin regional kommunikasiyaların bərpası halında Ermənistan və İran arasında dəmir yolu xəttinin istifadəyə verilməsi imkanlarını müzakirə ediblər.

M.Qriqoryan və A.Zohuri xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini qeyd ediblər.