Bakı 7˚C Showers

Ermənistan ordusu toplanır - Yaxın bir həftə ərzində

Gündəm 12:02 13 okt, 2022
Ermənistan ordusu toplanır - Yaxın bir həftə ərzində

Biz 3 aylıq hərbi toplanışlardan imtina edirik.

Qazet.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan hökumətin iclasında deyib.

O bildirib ki, bunun əvəzində bütün hərbi mükəlləfiyyətli şəxslər üçün 25 günlük məcburi hərbi toplanış keçirəcəklər.

Nazirin sözlərinə görə, toplanış zamanı 21 gün real hərbi xidmət, qalan 4 gün isə təşkilati işlərə sərf olunacaq.

O, vətəndaşların 1 həftə hazırlıq keçəcəyini, qalan 2 həftəni isə döyüş növbəsi çəkəcəyini əlavə edib: “Yaxın zamanlarda bu barədə daha ətraflı məlumat verəcəyik. Biz vətəndaşlara xidmət vaxtını seçmək imkanı da verəcəyik”.

Qaynaq