Əsgər yoldaşlarını güllələyən erməni hərbçi həbs olunub
Gündəm
16:18 14 dek, 2021
Əldə olunan sübutlar əsasında şübhəli şəxsə qarşı ittiham irəli sürülüb və o həbs olunub

Xəbər verdiyimiz kimi, dekabrın 10-u Ermənistanda cənub istiqamətində yerləşən hərbi hissələrin birində hərbçi əsgər yoldaşlarını güllələyib. Nəticədə 19 yaşlı əsgər Senik Arzumanyan ölüb, daha iki hərbçi isə yaralanıb.
Qazet.az Ermənistan İstintaq komitəsinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, insidentlə bağlı başladılmış cinayət işi çərçivəsində yoldaşlarını güllələyən hərbçi həbs edilib.
İnsidenti törədən hərbçi bir müddət əvvəl saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri istintaq zamanı bir sıra mühüm hallar aşkar ediblər. Əldə olunan sübutlar əsasında şübhəli şəxsə qarşı ittiham irəli sürülüb və o həbs olunub.