Bakı 9˚C Windy

Əsgərlikdən yeni gələn oğlan bu gün faciəvi şəkildə öldü

Hadisə 15:51 19 yan, 2022

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır

Əsgərlikdən yeni gələn oğlan bu gün faciəvi şəkildə öldü

İsmayıllı rayonunda gənc oğlan dəm qazından boğularaq ölüb.

Qazet.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Süleyman Faiq oğlu Hüseynov hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S.Hüseynov yanvar ayının əvvəlində hərbi xidmətini başa vuraraq evə qayıtmışdı.