Bakı 32˚C Partly sunny

Estoniyanın keçmiş hökumət başçısı NATO-nun Baş katibi ola bilər

Gündəm 16:51 30 iyl, 2022

Hazırda bu vəzifəyə ən real namizədlərdən biri Kaja Kallasdır

Estoniyanın keçmiş hökumət başçısı NATO-nun Baş katibi ola bilər

Estoniyanın keçmiş Baş naziri Kaja Kallas NATO-nun Baş katibi ola bilər.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldəki mənbə bildirib.

Məlumata görə, hazırda bu vəzifəyə ən real namizədlərdən biri Kaja Kallasdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun da NATO-nun növbəti Baş katibi ola biləcəyi ilə bağlı iddialar yayılmışdı.

Xatırladaq ki, hazırda NATO-nun Baş katibi Yens Stoltenberqdir. Norveçli diplomat bu vəzifəyə 2014-cü ildə təyin olunub. Bu il martın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq NATO-ya üzv ölkələr Y.Stoltenberqin 2023-cü il sentyabrın 30-dək bu vəzifədə qalmasına qərar veriblər.